Afiyəddin xəstəxanaya yerləşdirilməyib? – Xəbərlər yayıldı, amma…backend

Afiyəddin xəstəxanaya yerləşdirilməyib? – Xəbərlər yayıldı, amma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində belə iddialar yayılıb ki, tik-tok-da qeyri-etik videoları ilə gündəm olmuş Afiyəddin Cəlilov Ruhi-Əsəb Dispanserinə yerləşdirilməyib, o, yenə sərbəstdir. Tribunainfo.az bildirir ki, küçədə gəzən həmin yeniyetməni görən sosial media istifadəçiləri video çəkərək paylaşıblar. Bu haqda facebook-da xəbərlər yayılmaqdadır. DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib.