AFFA onu yenə cəzalandırdı – 4 oyunluq

AFFA onu yenə cəzalandırdı – 4 oyunluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Tribunainfo.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində baş verən qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinin “Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.

Xatırladaq ki, Ruslan Hüseynov 2-ci liqanın oyunlarında da hakimləri təhqir etdiyinə görə bir neçə dəfə 4 və 5 oyunluq cəzalarla üzləşib.

Matçın 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb,  klub 1000 manat cərimə edilib.