AFFA “Neftçi”ni cərimələyib

AFFA “Neftçi”ni cərimələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Minval.info-nun məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.

“Sabah”la ev matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat cərimə olunub.

Oyunun 84-cü dəqiqəsində qırmızı vərəqə alan Məhəmməd Mirzəbəyov da “ağ-qaralar”ı ziyana salıb. Müdafiəçi 1 oyun cəzalanıb, “Neftçi” isə 200 manat cərimələnib.