backend

AFFA klubları cəzalandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Premyer Liqasının XVI turunda baş verənlərlə bağlı bir sıra cəzalar tətbiq olunub.

AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ”yə 800 manat cərimə kəsilib. Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və “Neftçi”nin məşqçisi Aleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə hərəyə 1 oyun cəzaya məruz qalıb. Qriqorçuk bu halı ikinci dəfə təkrarladığı üçün klubu 1600 manat cərimələnib. “Neftçi” isə 800 manat cərimə olunub. Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə klublara daha ağır sanksiya tətbiq olunacaq.

“Zirə” – “Kəpəz” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 28-ci dəqiqəsində “Zirə”nin futbolçusu Sezar Meza Colli və 90+3-cü dəqiqədə “Kəpəz”in oyunçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıblar. Bu səbəbdən, hər iki futbolçu 2 oyunluq cəzalanıb, klublar 1600 manat cərimələnib.