AFFA Gömrük Məcəlləsinin pozub – Məhkəməyə verildibackend

AFFA Gömrük Məcəlləsinin pozub – Məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, AFFA barəsində protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İşə Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə baxılacaq.