AFFA: Bu nəticə Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir- VİDEO

AFFA: Bu nəticə Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, AFFA tədbir görəcək”.

Bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İslandiya – Azərbaycan oyununa münasibət bildirib:

“Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin izahını gözləyirik. Santuş komandanı oyuna hazırlaya bilməyib”.

Qeyd edək ki, İslandiya yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.