AFFA bu klubu 4000 CƏRİMƏLƏDİ

AFFA bu klubu 4000 CƏRİMƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi “Sabah” klubunu 4000 manat cərimələyib.

 Tribunainfo.az xəbər verir ki, buna komandanın məşqçisi Aleksey Antonyukun “Neftçi”yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib.

“Neftçi” isə azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi ucbatından 1500 manat ziyana düşüb.

“Araz- Naxçıvan” klubu 700 manat cərimə edilib. Buna Naxçıvan klubunun 4 oyunçusunun “Qarabağ”ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alması səbəb olub.