Braziliyalı mütəxəssis Ziller Junior Milton Luis futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsini tərk edib.
Braziliyalı mütəxəssis Ziller Junior Milton Luis futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsini tərk edib.
TİA.AZ xəbər verir ki, AFFA braziliyalı məşqçinin xahişini nəzərə alaraq, onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Xatırladaq ki, Z.J.M.Luis ilə müqavilə 2016-cı il iyunun 7-də imzalanıb. Azərbaycan yığması Milton Luisin rəhbərliyi ilə dünya çempionatında uğurla çıxış edib və dörddəbir final mərhələsinə yüksəlib.