“AFB BANK” MÜŞTƏRİLƏRİNİ MƏHKƏMƏLİK EDİR…

“AFB BANK” MÜŞTƏRİLƏRİNİ MƏHKƏMƏLİK EDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər ay yeni xidmət istifadəyə verməklə özünü reklam edən “AFB Bank” müştərilərini məhkəməyə verməkdən yorulmur.

Tribunainfo.az yazır ki, bank öz yarıtmaz siyasətinin qurbanına çevrilmiş müştərilərini məhkəmələrlə hədələyir. İl ərzində elə bir ay yoxdur ki, “AFB Bank” müştərisinə qarşı məhkəmədə iddia qaldırmasın.

Təkcə son bir ay ərzində bankın 14 məhkəmə çəkişməsi var. Məhkəmə çəkişmələrinin demək olar ki, hamısında iddianı bank qaldırıb. Banın müştərilərinə açdığı məhkəmələrdə işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələrdir.

Bu həm də onu deməyə əsas verir ki, bank müştəri cəlb etmək üçün sadə yollarla kreditlər verir və bu da vətəndaşın borclanmasına səbəb olur. Nəticədə də bank müştərini məhkməyə yollarında qoyur.