“AFB Bank”ın iki şirkətlə məhkəmə çəkişməsi davam edir.
Tribunainfo.az xəbər verir ki, prosesdə cavabdeh qismində “Azərmakaron” MMC və “Hirkan Com” MMC istirah edir. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddianı qaldıran “AFB Bank” iki şirkətlə kredit müqaviləsi üzrə mübahisə yaşayır.
Sumqayıt Kommersiya Məhkəməsində baxılan iş hakim Fərman Həmidlinin icraatındadır. Proses 10 fevral tarixində təyin edilib.
Qeyd edək ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Səhmlərin 99,64 %-i “Gilan” MMC-yə, 0,18 %-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu “Gilan Holding” MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsus olub.
2019-cu ilin fevral ayında “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Hikmət İsmayılov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən