Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub.
O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xalq artistinin bu fikirləri sonradan ciddi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Baku TV xanımların rəyini öyrənməyə çalışıb.
Məlum olub ki, xanımların bir çoxu sevgi ilə yanaşı, onu maddi cəhətdən təmin edə bilən biri ilə ailə qurmaq istəyir.
Məsələ ilə bağlı Afaq Bəşirqızı isə bildirib ki, fikirləri düzgün olsa da, bir çoxları onun sözlərini yanlış yerə yozub:
“Mən verilişlərimizin birində qızlara müraciət edərək demişdim ki, siz hər hansı bir oğlanla ailə quranda görün onun savadı, işi, evi, səni bundan sonra bir ailə kimi saxlayacaq gücü varmı? Mən deməmişəm ki, evsiz oğlana getməyin. Mən demişəm ki, oğlanın gərək savadı, təcrübəsi, işi, evi olsun. Bütün bunların hamısı ailə qurmaq üçün əsas amillərdən biridir. Əlbəttə ki, sənətini, savadını fikirləşməyən adam heç evini də fikirləşməz”.
Ətraflı süjetdə: