Rusiyanın “Aeroflot” aviaşirkəti informasiya sistemlərində baş vermiş nasazlıq barədə məlumat yayıb.
Tribunainfo.az-ın xarici agentliklərə istinadən xəbərinə görə, bu səbəbdən 42 reys ləğv edilib.
Şirkət ləğv olunmuş reyslərin sərnişinlərinə Şeremetyevo hava limanının baqaj bölməsinə yaxınlaşaraq əvvəlcədən təhvil verilmiş baqajlarını götürməyi və daha sonra hava limanını tərk etməyi tövsiyə edib. Bu çağırış insan sıxlığının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, son aylarda Rusiya hava şirkətləri tez-tez reysləri ləğv edirlər. Bunun Ukrayna ilə davam edən müharibədən qaynaqlandığı bildirilir.
Musavat.com