Xəbər verildiyi kimi, dünən Azərbaycan Dövlət Dəmiryolları İdarəsi (ADY) açıqlama yayaraq, sərnişindaşımada 15 faiz bahalaşmaya gedəcəyini və xidmət keyfiyyətini artıracağını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu səhər ADY “xidmət keyfiyyəti”nin icrasına başlayıb.
Belə ki, bu gün səhər saatlarından etibarən sıxlığa baxmayaraq Azərbaycan Dəmir Yolları Bakı-Sumqayıt ekspres qatarında vaqonların sayı 12-dən 8-dək azaldıb.
Sərnişinlər bildirirlər ki, sıxlıq səbəbindən Sumqayıtda Bakıya ayaqüstə gəlmək məcburiyyətində qalıblar.
Görünür, ADY rəhbərliyinin “xidmət keyfiyyəti” anlayışı sərnişinləri ayaqüstə yola salmaqdan ibarətdir.