ADY-dən müraciət: Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala gəlməyinbackend

ADY-dən müraciət: Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala gəlməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib.

ADY bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda aşağıdakıları tövsiyə edib:

– Şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlin.

– Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın.

“Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək. Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz”, – deyə müraciətdə qeyd olunub.