ADY-dən Aysel Soltanova ilə bağlı AÇIQLAMA – YENİLƏNDİ

ADY-dən Aysel Soltanova ilə bağlı AÇIQLAMA – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev qurumun sədrinin müşaviri Aysel Soltanovanın vəzifədən azad edilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Tribunainfo.az xəbər verir ki, B.Hacıyev Pravda.az-a açıqlamasında deyib ki, bu, yanlış məlumatdır.

Xatırlatma: Bir müddət əvvəl, QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmayılova da işdən çıxarılan zaman qurum məlumatı təkzib etmişdi. Hazırda isə A.İsmayılova özəl sektorda fəaliyyət göstərir.

 

***

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.

Tribunainfo.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, A.Soltanova fəaliyyətini bundan sonra “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsdə davam etdirəcək.

O, “Azerkosmos”, “Baktelecom” və “Aztelekom” kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

Qeyd: ADY-də Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı, sərnişindaşıma, daxili təchizat A.Soltanovanın kurasiyasında olub. Onun adı QSC-nin Kommunikasiya departamentinin rəhbəri vəzifəsindən nöqsanlara görə azad edilən Aybəniz İsmayılova ilə bağlı məsələlərdə hallanır.