ADU-da rektor aksiyalardan sonra geri addım atdı – Dövlət imtahanı ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dillər Universitetində (ADU) keçirilən aksiyalardan sonra rektor Əfqan Abdullayev yeni qərar qəbul edib.  Azərbaycan Dillər Universitetində (ADU) keçirilən aksiyalardan sonra rektor Əfqan Abdullayev yeni qərar qəbul edib.

TİA.AZ-ın məlumatına görə, tələbələrin iştirakı ilə elmi şuranın iclası keçirilib və dövlət imtahanı ilə bağlı məsələ müzakirəyə çıxardılıb. 

Etiraz edən tələbələrin sözlərinə görə rektor dövlət imtahanının ləğv edilməsinə razılıq verib. Dövlət imtahanının yerinə ya imtahanlar bir yazılı və 50 test sualından ibarət olacaq, ya da diplom işi olacaq.

Jurnalistlərin iclasda iştirakına icazə verilməyib. 

Qeyd edək ki, ötən gün tələbələr ADU-nun qarşısında etiraz aksiyası keçiriblər. Buna səbəb 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsidir.

Tələbələr rektor Əfqan Abdullayevin yeni əmri ilə razılaşmırlar. Narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi.

Dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir.

mənbə: azxeber.com