Mart ayının 22-də Londonda, Vestminster körpüsündə terakt törədilib.
Mart ayının 22-də Londonda, Vestminster körpüsündə terakt törədilib.
TİA.AZ “Mirror”a istinadla bildirir ki, hadisə nəticəsində 4 nəfər ölüb, ən az 20 nəfər yaralanıb.
İŞİD teror aktına görə məsuliyyəti üzərinə götürüb. Terrorçunun kimliyi müəyyən edilib. O, 52 yaşlı Xalid Məsuddur.
Xalid Məsud avtomobili ilə Vestminster körpüsündə insanları əzib, parlament binasınadək gedib. Orada maşını polis əməkdaşı saxlayıb. Məsud polisi bıçaqlayıb və digər polis zabiti tərəfindən güllələnib.
Xalid Məsud Kent qraflığında yaşayıb. O, həyatda olduğu müddətdə müxtəlif adlardan istifadə edib.
O, İngiltərənin Rye şəhərində Adrian Elms adı ilə doğulub. Onu tək yaşayan anası böyüdüb.
Xalidin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub. Belə ki, Adrian Elms 2003-cü ildə Eastbornedəki qocalar evinin qarşısında orta yaşlı kişini üzündən bıçaqladığına görə həbs olunub.
Onun nə zaman İslam dinini qəbul etməsi barədə dəqiq məlumat olmasa da, Adrianın həbsxanada radikal qruplara qoşulduğu ehtimal edilir.
Xalid Məsud son zamanlar Vest Midlandsda yaşayıb və tez-tez oradakı məscidə gedib.
Araşdırma davam edir.