backend

Adolf Hitlerin Dünyadan Gizlətdiyi Möhtəşəm Silahlari

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamıya məlumdur ki, müttəfiqlər Hitler Almaniyasına qarşı savaşın bütün mərhələlərində bir-birinə qəti inanmayıblar.  Üçüncü Reyx barədə çox danışılıb, çox yazılıb. Bu mövzuda bədii və sənədli filmlərin, kitab və oçerklərin, məqalə və araşdırmaların sayı-hesabı yoxdur. Amma hitlerçilərin, xüsusilə də faşist Almaniyası rəhbərinin yadplanetlilərlə münasibəti barədə məlumat azdır.

Yəqin ki, bir çox səbəblərə görə mövzu barədə çoxları susmağa üstünlük verir. Bundan başqa, hitlerçilərin hərbi-texnologiyasının qələbə əldə etmiş müttəfiqlərdən məhz hansına çatdığı da dəqiq məlum deyil. Müttəfiqlərdən hər biri faşistlərin gizli biliklərinə sahib olmaq üçün maksimum səy göstərib.

Hamıya məlumdur ki, müttəfiqlər Hitler Almaniyasına qarşı savaşın bütün mərhələlərində bir-birinə qəti inanmayıblar. 

Sovetlərin – Stalinin müttəfiqləri aldadaraq Berlinə ilk girməsi buna sübutdur. Sovet komandanlığı əmin idi ki, Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları gizli laboratoriya və tədqiqat mərkəzlərindəki bütün materialları ələ keçirib.

Amma bununla belə, 1945-ci ilin mayında müttəfiqlər arasında ixtilaf heç bir tərəfə sərf etmirdi. Çünki Almaniyadan sonra növbədə Yaponiya idi və yapon ordusu da darmadağın edilməli idi. Bununla belə, müttəfiqlik münasibətlərinin qorunub saxlanılması amerikalılara faşistlərlə mübarizə vəzifəsini həyata keçirərək atom bombası icad etməyə mane olmadı.

Məlumdur ki, almanlar tərəfindən bir çox modern silahların, eyni zamanda atom bombasının hazırlanması üçün uğurlu layihələr hazırlanmışdı. Bu gün bir çox mütəxəssisin fikrincə, almanlar texnoloji və elmi nailiyyətlərə ancaq yadplanetlilərlə əlaqə sayəsində nail ola bilərdilər. Ola bilsin ki, bu əlaqələrin dərin kökləri olub. 

Mütəxəssislər deyir ki, yadplanetli irq Yer planeti sakinlərinin həyatına qarşı biganədir və hətta onların bizlərdən xoşu gəlmir. Ola bilər ki, yapdlanetlilərin dünya bəşəriyyətinə qarşı yüksək humanist məqsəd və dəyərləri yoxdur.

Nasional-sosialistlər Almaniyada hakimiyyətə gəlməzdən öncə ari irqinin köklərini araşdırırdılar və əfsanəvi Şambalanın axtarışı ilə məşğul idilər. Nasistlər dünya hökmranlığını ələ keçirmək üçün sirli biliklərə sahib olmağa can atırdılar. Hətta bəzi alimlərin iddiasına görə, hitlerçilər uzun müddət Şərqdə və Rusiyanın ucqarlarında, Tibetdə məhz informasiya kanalını axtarıblar. Fərziyyəyə görə, bu kanala sahib olduqdan sonra dünyaya hökm etmək mümkün idi. İkinci dünya müharibəsi zamanı da bu kanalı axtarıblar. Himalay və Tibetə çoxsaylı məxfi ekspedisiyalar yola düşüb. Onların tərkibinə alimlər və onların təhlükəsizliyinə cavabdeh olan SS-çilər daxil idi. Bütün axtarışlar ən müasir avadanlıqlarla təchiz edilmişdi. 1935-1939-cu illər ekspedisiyaların ən uğurlu və məhsuldar dövrü sayılır. Amma tədqiqat nəticələri ilə bağlı rəsmi sənədlər yoxa çıxıb. Ya bu sənədlər məhv edilib, ya da keçmiş alman xüsusi xidmət orqanlarının gizli məkanlarında gizlədilib.