Bir müddət əvvəl bir sıra ittihamlarla həbs olunan Adnan Əhmədzadəyə məxsus olduğu deyilən “Rahat Market” şəbəkələri bağlana bilər.
Tribunainfo.az xəbər verir ki, artıq marketlərdə çalışanlara bu barədə xəbərdarlıq edildiyi deyilir.
Məlumatlara görə, yerli şöbələrə bildirilib ki, şəbəkə bağlana bilər. Bununla əlaqədar onlara yeni iş axtarmaları tövsiyyə olunub.
Lakin Tribunainfo.az-a daxil olan bir başqa məlumatda isə deyilir ki, Adnan Əhmədzadəyə məxsus olduğu bildirilən “Rahat Market” şəbəkəsi əl dəyişdirə bilər. Onun bazasında yeni brendin yaradılması və ya hansısa böyük marketlər şəbəkəsinə birləşdirilməsi istisna edilməyib.
Məsələni dəqiqləşdirmək üçün şirkətlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb. Onların da mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur