Adnan Oktarın həbsxanadan ilk tələbi: “Mənə qəzet gətirin” – VİDEO

Adnan Oktarın həbsxanadan ilk tələbi: “Mənə qəzet gətirin” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunan, Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar həbsxanaya yerləşdirilib

Musavat.com xəbər verir ki, iki gün həbsxanada videokameralı otaqda qalan A.Oktar hazırda 3 nəfərlik kameraya köçürülüb.

A.Oktarın həbsxanadan ilk tələbi də olub. O, gündəlik oxumaq üçün qəzet tələb edib. Həbsxana rəhbərliyi A.Oktara gündəlik qəzetlərin ödəniş qarşılığında verilməsi ilə bağlı göstəriş verib.

Qeyd edək ki, sözügedən həbsxanada Adnan Oktarın təhlükəsizliyi üçün yüksək səviyyədə tədbirlər görülüb.