Adnan Oktar və “kedicik”ləri türmədən köşə yazarlarına məktublar yazırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayətkar dəstənin xarici ölkələrlə ilginc əlaqələri, görüşləri üzə çıxdı.

Bir-birindən fərqli 30 fərqli ittihamla həbs edilən Adnan Oktar və dostları onlara qarşı yönləndirilən ittihamların əsassız olduğunu sübut etmək üçün türmədən müxtəlif jurnalist və köşə yazarlarına məktublar göndərirlər.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu məktublardan birini də türkiyəli köşə yazarı Abdulkadir Selvi şərh edib. Yazar qeyd edib ki, A.Oktar səliqəsiz bir əl yazısı və düzgün olmayan bir türkcə ilə yazır. Yazının davamı belədir: “İndiyə qədər yazdıqlarının içində sadəcə villasından çıxan silahlara toxunub. Hamısının sənədli olduğunu yazıb. Bu silahların hansının şantaj, təhdid və ya təzyiq vasitəsi olaraq istifadə edildiyi istinaq zamanı ortaya çıxacaq. İslama xidmət iddiasında olanların məkanlarından silah-sürsat yox, Qurani-Kərim, təfsir, hədis kitabları, təkkə və təsbeh çıxar. Silah, mərmi, seksual geyim və aksesuarlar, bahalı parfüm markaları və bir yük maşını dolusu şantaj və montaj kasetləri çıxmaz. Adnan Oktar qrupuna yönəlmiş iddiaların kriminal tərəfi ilə məhkəmələr maraqlanacaq. Mən İslama xidmət iddiası ilə ortaya çıxan bir qrupun gördüyü işlərin İslama uyğun olub-olmadığını araşdırmaq iddiasındayam. İslamın təməl əsasları ilə ziddiyyət təşkil edən yönlərinə diqqət çəkirəm, amma nə Adnan Oktarın, nə də kediciklərinin məktublarına bunlarla bağlı ən kiçik bir açıqlama var”. A. Oktar və müridlərinin ilginc fəaliyyətləri arasında 7 avqust 2011- ci il tarixi önəm daşıyır. Bu tarixdə ABŞ ordusundakı pilotların təlim gördüyü Teksas Lackland hava donanmasında Oktarın təmsilçisi tərəfindən ‘Darvin teoriyasının çöküşü” və “Quranın möcüzələri” başlıqlı təqdimat edilərkən, Adnan Oktarın şəkil və görüntüləri əsgərlərə göstərilib. O dönəm ABŞ-ın hərbi hava qüvvələrindəki iki din adamından biri olan yüzbaşı Şarior Rahman tərəfindən təşkil edilən konfransın sonunda, təmsilçi vasitəsilə Oktara çatdırılmaq üzrə medal yollanıb. Amma aksiyanın ardınca həm ABŞ ordusu yetkililəri, həm də Oktara aid internet saytından fərqli açıqlamalar verildi. Amerikalılar aksiyaya sadəcə müsəlman əsgərlərin qatıldığını dedikləri halda, Oktar və müridləri isə konfransı qeyri-müsəlman əsgərlərin də təqib etdiyini iddia edib. Bundan bir il sonra isə Oktar və Hüma Babuna Foundation adlı düşüncə quruluşunun direktoru Daniel Levi ilə Vaşinütondakı mason lojasını ziyarət ediblər. Babuna qardaşların görüşdükləri Levi 2007-ci ildə Misirdə həbsə atılan Mhəmməd Əl Attarla gündəmə gəlmişdi. Misirə gedərkən İsrailə məlumat ötürmək ittihamı ilə həbs edilən Əl Attar Kanada və Türkiyədə olduğu zamanlarda İsrail gizli servisi “Mossad” üçün çalışdığını etriaf etmişdi.

Netanyahu ilə görüş

Oktar Babuna və Cihat Gündoğdunun təmas qurduğu adların başında İsraildəki Mağara Təpsi Mirası Vəqfi rəhbəri xaxam Yehuda Glick gəlir. Babuna və Gündoğdu, Glickin cəhdləri sayəsində İsraildəki TV24 kanalının xəbərlər buraxılışında qonaq olarkən, 2 il öncə İsrailin baş naziri Netanyahu ilə görüşüblər. İsraildə Adnan Oktar qrupu ilə ünsiyyət quran ilk adamın Rav Fruman olduğu isə 2 il öncə Rafael Sadi tərəfindən qələmə alınıb. Xaxam Glickin vasitəsilə İsraildə də görüşlərə qatılan Babuna və Gündoğdu, baş nazir Netanyahu ilə yanaşı, müdafiə naziri Moşe Yaalon, mədəniyyət və idman naziri Miri Regev, enerji naziri Yuval Steinitz, Qüds işləri naziri Zeev Elkin, nazir köməkçisi Eyüp Kaya ilə görüşdüklərini açıqlayıblar.

Без названия (1).jpg (7 KB)

Brüssel təması

Babunanın diqqət çəkən xarici ölkə təmaslarından biri də 3 il öncə Brüsseldə düzənlənən ‘Crans Montana Forum’ toplantıları olub. Oktar qrupu bu görüşü mediaya belə təqdim edib: “Oktar Babuna Adnan Oktarı təmsilən Crans Montana Forumun Brüsseldə düzənlənən toplantısına qatılıb. Oktar Babuna A9 TV-nin adından çoxlu sayda iştirakçı ilə müsahibələr gerçəkləşdirib və Adnan Oktarın ‘İslam terroru lənətlər” kitabını hədiyyə edib”. Babuna Brüsseldəki toplantıda Belçika baş nazirinin köməkçisi və xarici işlər nazir köməkçisi Didier Reynders, Rusya xarici işlər nazirinin köməkçisi Aleksey Meşkov, Malta prezidenti Marie Louise Coleiro Preca, Fransanın keçmiş milli təhlükəsizlik naziri və baş nazir sözçüsü Alan Jülyet və onun kimi onlarla xarici ölkə nümayəndələri ilə görüşdüyü iddia edildi.

“Mavi Marmara” ilə bağlı cəhd

Adnan Oktar İsrailin “Mavi Marmara” gəmisinə hücumundan sonra Türkiyədən üzr istəməsini özü ilə əlaqələndirmişdi. Oktarın 20 yanvar 2013-cü il tarixdə İsrail dövlət yetkililəri ilə keçirdiyi toplantıya Şas partiyasının lideri Tsvi Yacobson, İsrailin keçmiş maiyyə və planlaşdırma, elm və texnologiya ilə din işləri naziri professor Şimon Shetreet, Şas partiyası qurucularından Knesset üzvü Nissim Zeevlə yanaşı, AKP-nin keçmiş millət vəkili MücahitDaloğlu, keçmiş səhiyyə naziri Halil Şıvgın, Oktar Babuna, keçmiş xarici işlər naziri, professor Yaşar Yakış kimi şəxslərin qatıldığı iddia edilmişdi.