ADINI EŞİDƏNLƏR İNANMIR, TÜRKİYƏDƏ TƏK: “DÜNYADA ADAŞIM YOXDU” – FOTO

ADINI EŞİDƏNLƏR İNANMIR, TÜRKİYƏDƏ TƏK: “DÜNYADA ADAŞIM YOXDU” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amasyanın Suluova rayonunda yaşayan vətəndaşın adı eşidənləri təəccübləndirir. Rəsmi qurumlarda və banklarda işçilərin adını eşidəndə təəccübləndiyini bildirən Enson Çoban onları razı salmaq üçün şəxsiyyətini, hətta nikah şəhadətnaməsini belə göstərməli olduğunu bildirir.

Tribunainfo.az Türkiyənin hurriyet.com.tr saytına istinadən xəbər verir ki, illərlə yol tikintisində işlədikdən sonra məmləkəti Amasya, Suluovada məskunlaşan evli və 3 uşaq atası Enson Çoban adının necə qoyulmasını danışıb: “Məndən əvvəl 6 qardaşım vardı. Mən doğulanda qonşularımız deyirdilər ki, uşaq bəsdir, bu sonuncu olsun. Anam və atam da mənə “Enson” adını qoyublar. Amma sonra mənim başqa qardaşım da oldu”.

Adını ilk dəfə eşidən hər kəsin təəccübləndiyini açıqlayan 67 yaşlı Enson Çoban adaşının Türkiyədə olmadığını deyib: “Türkiyədə mənim bir adaşım yoxdur. Bəlkə də dünyada yoxdur. Qaziantepdə girdiyim bankda şəxsiyyət vəsiqəmdə ki, yazılan ada inana bilmədilər. Məcbur olub nikah şəhadətnaməsini gətirib onlara göstərdim. Hətta sürücülük vəsiqəmi, işlədiyim tikinti sahəsindən aldığım vəsiqəni göstərdim. Bunları göstərdikdən sonra onlar mənə inandı”.

Nihat Kərimli

Tribunainfo.az