Türkiyə sinemasının məşhur və sevilən aktrisası Adilə Naşitin həyatı film olur.
Tribunainfo.az Türkiyə saytlarına istinadən xəbər verir ki, ssenarisini Gani Müjdenin yazacağı filmin baş rolu üçün hələlik aktrisa dəqiqləşməyib. Ancaq indidən sosial şəbəkələrdə ən böyük namizəd kimi aktrisa Ecem Erkek göstərilir.
Hətta sosial mediada Adile Naşitlə Ecem Erkeyin oxşar fotoları da paylaşılır. Aktrisa buna sevindiyini və belə təklif gələrsə sevə-sevə qəbul edəcəyini bildirib.
“Həddən artıq xoşbəxt olaram belə bir şey olarsa. Əlimdən gələnin daha artığını edərəm” deyə, aktrisa bildirib.