Adil Qeybulla: “Bu, sarsıdıcı hadisədir”

Adil Qeybulla: “Bu, sarsıdıcı hadisədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Nəsib Quliyevin ölümü mənim üçün çox təəccüblü oldu”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla həmkarı, ölkənin sabiq baş pediatrı Nəsib Quliyevin intiharından danışarkən deyib.
Professorun fkirincə, həm özünə güvəni olan, həm respublikada tanınan bir həkimin başına belə bir hadisənin gəlməsi sarsıdıcıdır:
“Nəsib Quliyev peşəkar bir alim, həkim idi, uzun müddət Tibb Universitetində müəllimlik fəaliyyəti ilə məşğul olub. Biz Tibb Universitetində Nəsim Quliyevlə birlikdə çalışmışıq. Onu yaxından tanıyırdım. Dəfələrlə televiziyalarda təqdim olunan debatlarda, yaxud da verilişlərdə bir yerdə olmuşuq”.
Adil Qeybulla prosesi sonuna kimi izləməyi tövsiyyə edib:
“Hər halda izləyək, görək onun ölümünə səbəb nədir. Bu mənim üçün çox ağır xəbər oldu”.
Qeyd edək ki, bu gün respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev yaşadığı evində intihar edib.
1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar vəzifədən azad edilmişdi.