Adı kütləvi təcavüzdə hallanan “McDonalds”ın satışları azaldı

Adı kütləvi təcavüzdə hallanan “McDonalds”ın satışları azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı restoranlar şəbəkəsindən biri olan “McDonald’s”ın ABŞ-dəki satışları azalıb.

Bu, COVID-19 pandemiyasının başlanmasından sonra, yəni son 5 ildə qeydə alınan ən böyük azalma olub.

Bildirilir ki, “McDonald’s”ın ABŞ-dəki satışları 2024-cü ilin 4-cü rübündə 1,4% azalıb.

Qeyd edək ki, son zamanlar dünya mətbuatında “McDonald’s” ilə bağlı müxtəlif qalmaqallı məlumatlar yayılıb. Bu ilin yanvarın əvvəlində “Leigh Day” hüquq firması bildirib ki, İngiltərədəki 700-dən çox keçmiş və indiki “McDonald’s” işçisi iş yerində təcavüz iddiası ilə bağlı restoranlar şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə prosesinə şəbəkənin 450-dən çox restoranı cəlb edilib.

Onu da bildirək ki, bu şirkət Azərbaycanda da fəaliyyət göstərir. “McDonald’s Azərbaycan” QSC 1 mart 1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamə kapitalı 2 milyon 845 min manat təşkil edir./Yeniavaz.com