Adı “Halal”, özü halal olmayan kolbasaların – SİYAHISIbackend

Adı “Halal”, özü halal olmayan kolbasaların – SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ölkədə müxtəlif müəssisələrin istehsal etdiyi fərqli adda və çeşiddə kolbasa məhsulları satılır. Bu kolbasaların etiketlərinə inansaq hər müəəssisənin mütləq “halal” məhsulu var.

Tribunainfo.az xəbər verir ki, sonuncu dəfə 2018-ci ildə “Səhliyalı” kiçik müəssisəsi, “Hakan Foods Azərbaycan Trading Co. Ltd” MMC, “AZProtein Foods Group” MMC, “M&T LTD” Firması, “Zəhmət-Ruzi” MMC, “AL-SAN” MMC, “Orxan-SS” və “Ovçular ət və ət Məhsulları” MMC “halal” sertifikatı alıb. Bu siyahıda adı olmayan müəssisələrin istehsalı olan kolbasa və sosislərin “halal” sertifikatı qanuni sayılmır.

Ancaq yuxarıda adı çəkilən bu müəssisələrin də son 5 ildə “halal” adı ilə satılan məhsullarının halal olmadığı məlum olub.

“Səhliyalı” müəssisəsinin “Min bərəkət halal nemət” kolbasa və sosisləri “halal” adı ilə satılsa da, istifadə edilən ətin mənşəyi göstərilmir. Dəfələrlə məhsullardan siçan quyruğu və sair çıxıb.

“Orxan-SS” müəssisəsinin “CF” və “Kristal” kolbasaları da uzun müddət “halal” nişanı ilə satılıb. Sonradan məhsulların etiketində yazılan məlumatların saxta olduğu məlum olub. Müəssisədə həm halal, həm də donuz piyi vurulan kolbasalar eyni aparatlarda hazırlanırmış. Müəssisənin “halal” nişanlı “Servelat”kolbasalarında donuz əti aşkarlanmış, “Baranina”, “Kristal həvəskar”, “Servelat Xəzər”, “Dokdorskaya”, “Krakovskaya”, “Pəhriz”, “Oxotniçye” məhsullarının da etiketində saxta məlumatlar yerləşdirildiyi məlum olmuşdu.

“Ovçular ət və ət məhsulları” MMC-nin “Servalat halal”, “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasalarının, “Moloçniye” sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, “Halal bərəkət”, “Halal”, “Halal ovçular” kolbasalarının da gigiyenik və uyğunluq sertifikatı olmadığı məlum olmuşdu. “Halal” sözü yazılmış “Ovçular” kolbasasından da donuz piyi çıxmışdı. Bu nöqsanlara görə müəssisə hətta bir neçə dəfə cərimələnib.

“M&T LTD” Firmasının “Sevimli dad” sosiskaları mal əti adı ilə satılsa da, tərkibində donuz əti aşkarlanmışdı.Həmçinin nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Komitə müəssisənin “Hacı Turqay” kolbasa və sosiskalarına halallıq sertifikatı verməyib, amma hələ də halal adı ilə satışdadır.

“Al-Sana” MMC-nin də “Payım” kolbasa və sosiskalarının halal qida standartlarına uyğun olmadığı üçün sonradan “Uyğunluq Sertifikatı” ləğv edilib. Amma müəssisə hələ də “halal” adı ilə kolbasa və sosis istehsal edir.

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən İbrahim