Bir neçə gündür Ermənistanda Meğri ərazisinin Azərbaycana verilməsi ilə bağlı müzakirələr davam edir. Tribunainfo.az xəbər verir ki, yerli müxalifət bu məsələnin qəsdən ortaya atıldığını iddia edirlər.
Onlar bildirirlər ki, ABŞ Dövlət Departamentinin 1990-cı illərdə Azərbaycan və Ermənistan arasında gedən danışqılara dair sənədlərin bir qismini məxfilikdən çıxarmaqla Bakıya dəstəklərini ifadə ediblər. Bəzi erməni ekspertlər isə qeyd edirlər ki, bu məsələnin məhz indi ortaya atılması məqsədlidir.
Politoloq Azat Adamyan isə hesab edir ki, Qərb Meqrini təslim etməyə çalışır. Onun sözlərinə görə, başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla, İrəvan hökuməti ictimai rəyi buna hazırlamağa çalışır. “Paşinyan və komandası Meğrini Azərbaycana verməyə hazırlaşır. Bunu istəyən isə Qərbdir. Çünki bu yol onlara lazımdır”.