Ermənilər yenə nağıllar aləmindədirlər. Ağıllısı da, dəlisi də nə özünə gəlmək istəyir, nə də bu nağılların təsirindən çıxmağa çalışır. Tribunainfo.az xəbər verir ki, elə politoloq Azat Adamyan da həmin kontingentə daxildir.
O deyir ki, “Qərbi Ermənistanı” (söhbət Qars, Ərzurum, İğdır və digər Türkiyə ərazilərindən gedir-red.) geri qaytarmaqla bağlı tələb qaldırmaq olar. “Qərbi Ermənistanı Türkiyədən tələb etmək olar. Ancaq Ermənistanın müvafiq hərbi-siyasi, iqtisadi, diplomatik potensialı və əlverişli geosiyasi şəraiti olduğu halda”.
Adamyan onu da deyib ki, Azərbaycan və Paşinyanın maraqları üst-üstə düşür. “Bunun qarşısı alınmasa Ermənistanın vilayətləşməsi (türkləşdirilməsi) baş verəcək”.