Bu gün səhər saatlarından Azərbaycanda Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanına ziyarətçi axını var.
Bu gün yenə bizi onlar birləşdirdi – gözü hələ də yollarda qalan anaları, bir-birinin dərdinə şərik olan bacıları, yarı ağlar qalan sevgililəri, oğlunun qəhrəmanlığından sinəsi qabaran ataları…