ADA faciəli şəkildə ölən tələbəsindən yazdı: Son kursda….backend

ADA faciəli şəkildə ölən tələbəsindən yazdı: Son kursda….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşadıqları evdə dəm qazından boğularaq ölən ADA Universitetinin tələbəsi Sərxan Həsənov və onun qardaşı ilə ilə universitet məlumat paylaşıb.

Tribunainfo.az yazır ki, ADA-nın Facebook səhifəsin paylaıımında eyd edib ki, kədər hissi ilə bildiririk ki, tələbəmiz Sərxan Həsənovu itirdik:

“Prezident təqaüdçüsü, 2019-cu ilin Buraxılış imtahanında ən yüksək nəticə göstərən məktəb məzunlarından biri və III qrup üzrə bakalavra qəbul imtahanlarında 692 bal toplayaraq respublika birincisi olan Sərxan Hüquq fakültəmizin son kurs tələbəsi idi.

Sərxan müxtəlif platformalarda ölkəsini uğurla təmsil etdi, “Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində ölkə üzrə qalib komandanın üzvü kimi öz nailiyyətləri ilə bir çoxlarını ruhlandırdı.

Sərxanın 2019-cu ildə “Tələbə kartı”nı əldə etdiyi gün dediyi bu sözləri daim xatırlayacağıq:

“Hüquqşünaslıq ixtisası üzrə ingilis dilində təhsil almaq əsas akademik hədəfim idi. Hədəfimə nail olduğum üçün qürurlanmaqla yanaşı, “ADA-lı” olmağın məsuliyyətini də indidən hiss edirəm.”
Sərxanın xatirəsi ürəyimizdə yaşayacaq”.