Evlilikləri və həyatı ilə daim gündəmdə olan Türkiyəli model, teleaparıcı Acun Ilıcalı ilə evliliyindən sonra məşhurlaşan Şeyma Subaşı 5 ay əvvəl evləndiyi Misirli milyonçudan boşanıb.
Tribunainfo.az “Hürriyet” saytına istinadən xəbər verir ki, Ş.Subaşı əri Mohammed Alsaloussi ilə bu gün Beykoz Ədliyyəsində baş tutan prosesdə boşanıb.
Acun İlıcalı ilə evliliyindən sonra məşhurlaşan model misirli sevgilisi ilə 2 may tarixində evlənmişdi. İddialara görə evlilik müddətində şiddət görən nodel boşanmaq qərarına gəlib.