Məşhur türkiyəli iş adamı və televiziya aparıcısı Acun Ilıcalı avtomobilləri ilə bağlı verilən sualı cavablandırıb.
Tribunainfo.az xəbər verir ki, Acun elə də çox maşınının olmadığını bildirib. O qeyd edib ki, cəmi 3-4 maşını var:
“Çox maşınım yoxdur, 3-4 dənə olar. Ancaq motosikletlərim çoxdur. Təxminən 12 motosikletim var. Özümlə apara bilmədiyim üçün dünyanın müxtəlif ölkələrində də motosikletlərim var.
Yəni mən Türkiyədən Dominikan Respublikasına motosikletlə gedə bilmərəm axı. Ona görə də həm burada, həm də çox getdiyim ölkələrdə, şəhərlərdə motosikletlərim var. Dominikan Respublikasında 4, Mayamidə 2, Çeşmədə 3, İstanbulda 4 motosikletim var”.