Mən də illərdir televiziyadayam, yaşım da, təcrübəm də Acun Ilıcalıdan çoxdur. Amma necə olur onun hər şeyi var, mənimsə heç nəyim yoxdu?
Tribunainfo.az yazır ki, bu sözləri Türkiyənin məşhur televiziya aparıcısı, şou-men Mehmet Ali Erbil deyib. Jurnalistlərlə ayaqüstü söhbət edən aparıcı iş adamı, milyonçu və kanal rəhbəri Acun Ilıcalıya da söz atıb:
“50 ildir ekranlardayam, ancaq heç nəyim yoxudur. Acun bizdən müsahibə ala bilmək üçün qapımızda gözləyərdi. İndi kanalları, futbol klubları var. Bu necə olur, başa düşmürəm”.