Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu “Hall Siti” çətin günlərdən keçir.
Tribunainfo.az xəbər verir ki, İngiltərə klubunun transferlərə görə 22 milyon funt sterlinq borcu var. Onlar bu borcların ertələnməsi üçün digər klublarla danışıqlar aparır.
Qeyd edək ki, bu borclara görə “Hall Siti”yə 3 dönəm transfer qadağası gəlib.
Türkiyəli biznesmen Çempionşip klubunu satmağı planlaşdırır. O, artıq bu barədə danışıqlara başlayıb.
A.Ilıcalı 2022-ci ildən klubun sahibidir. Onun dönəmində hədəf Premyer Liqaya yüksəlmək olsa da, komanda bunu bacarmayıb.
Bakupost.az