Xəbər verdiyimiz kimi, “The Guardian” nəşrinin məlumatına görə, 150-dən çox Nobel mükafatı laureatı və Dünya Ərzaq Mükafatı laureatı dünyanı bu əsrin ortalarında qlobal aclıq fəlakəti ilə üz-üzə qaldığı bir vaxtda qida istehsalını artırmaq üçün “nəhəng sıçrayışlar” etməyə çağıran açıq məktub imzalayıb.
Bu barədə Tribunainfo.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, ümumiyyətlə ayrı-ayrı tanınmış şəxslər, böyük maliyyə təsisatları, ələxsus da beynəlxalq maliyyə təsisatları, dünya şöhrətli mətbu yayımlar vaxtaşırı perspektivlə bağlı qorxunc proqnozlar verməyi sevirlər. Ona görə ki, bu proqnozlar onları daha çox məşhurlaşdırır. Çünki uğurlu proqnoz heç zaman yayılmır. Amma qorxunc proqnozlar hər zaman yayılır. Onun müəllifinin şöhrətini daha da artırır.
Ekspertin sözlərinə görə, Bu baxımdan da BMT və onun Ərzaq Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankı, ÜST və digərləri vaxtaşırı dünyanın gələcəyi ilə bağlı qorxunc proqnozlar veriblər.
“Bu da ciddi şəkildə mediada yayımlanmağa başlayıb. Və nəticədə, birmənalı olaraq bu proqnozdan o tərəfə keçməyib. Yəni, Rusiya-Ukrayna müharibəsi başlayanda dünya deyirdi ki, 2023-cü ildə aclıq olacaq, insanlar yeməyə çörək tapmayacaq. Pandemiya vaxtı deyirdilər ki, artıq insanlar yalnız evdən işləyəcəklər, həyat tamam dəyişdi. Amma indi pandemiyadan əsər-əlamət qaldımı?!
Bu tip qorxunc proqnozlar ciddi qarşılanmamalıdır. Birmənalı olaraq bu fikri deyirəm və daha geniş formada da əsaslandırmağa hazıram. Oxucular da nəzərə alsın ki, planetin bügünkündən 100 dəfə də artıq insanı yedirdə biləcək potensialı var. Sadəcə olaraq resursların doğru idarə cə istifadə edilməsinə ehtiyac var. Ələxsus da resursların nisbətən bərabər bölünməsinə ehtiyac var”.
Dəniz