“AÇIQ HALDA SATILAN DONDURMALARI ALMAYIN…” – EKSPERTbackend

“AÇIQ HALDA SATILAN DONDURMALARI ALMAYIN…” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Açıq şəkildə satılan dondurmalardan mümkün qədər uzaq durun. Çünki adətən vaxtı keçmiş dondurmalar açıq şəkildə satılır və onun istehsal tarixi haqqında məlumat əldə etmək mümkün olmur. Hətta bəzi sexlər var ki, yanvar ayından dondurma istehsalına başlayıb, qablaşdırmanın üzərində aprel ayını qeyd edərək satışa təqdim edirlər.


Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov yay gəlməmiş satışa çıxarılan dondurmaların keyfiyyəti barədə danışarkən deyib. Mütəxəssis qeyd edib ki, dondurma istehsalında alıcını aldatmaq olduqca asandır. Çünki tərkibini də, qablaşdırmasını da saxta yollarla hazırlaya bilirlər:

“Dondurma tez həzm olunan süd məhludur. Bütün dondurmaların istehsalında kərə yağından istifadə edilir. Bəzi hallarda kakos yağından da istifadə edilə bilər.
Yediyiniz dondurmanın dadında acılıq hiss edirsinizsə, boğazda acılıq yaranırsa, bu o deməkdir ki, ya vaxtı keçmiş, ya da turşumuş kərə yağından istifadə edilib. Ya da bitki yağı ilə hazırlanıb. Bu artıq yararsız dondurma hesab edirilir. Bu gün ölkədə 27-dən artıq dondurma istehsalçısı var ki, onlardan bəziləri kiçik sexlər halındadır. Onların hamısına nəzarət etmək mümkün deyil. Bu cür sexlərin bir çoxu yanvar ayından başlayaraq dondurma istehsal edib qablaşdırmaya aprel ayı qeyd edərək satışa buraxırlar. Bu cür halların baş verməsi mümkündür. Çünki nəzarət kifayət qədər deyil. Dondurma maksimum 10 ay müddətinə istifadə edilməlidir. Bu gün ölkəyə xaricdən dondurmalar gətirilir ki, 1 ilə qədər yararlıq müddəti var. Bu hal süd məhsulu üçün arzuolunan deyil. Xaricdən gətirilən dondurmalar daha təhlükəli hesab edilir. Çünki onlar daşınma zamanı müəyyən temperatur riskinə məruz qalırlar”.

E.Hüseynov bildirib ki, bir çox dondurma istehsal edən müəssisələr əhalinin xarici dondurmaya üstünlük verdiyini nəzərə alaraq xarici dondurmaların qablaşdırmasını imitasiya edərək yerli dondurmanı həmin qabda qablaşdıraraq satışa təqdim edirlər:

“Bununla paralel satışda kifayət qədər köhnə dondurmalar var. Alarkən qablaşdırmaya fikri vermək lazımdır. Əgər qablaşdırma əzilibsə, dondurma özü formasın itiribsə bu artıq temperatur dəyişikliyinə məruz qalıb deməkdir”.