“Accessbank” və “Yelo Bank” dollar alış-satışından müştəriləri aldadır?

“Accessbank” və “Yelo Bank” dollar alış-satışından müştəriləri aldadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” və “Accessbank” Azərbaycan Mərkəzi Bankının tələblərini pozub.

 Tribunainfo.az xəbər verir ki,bu barədə AMB-dən bildirilib.

Məlumata görə, hər iki bank valyuta mübadiləsi əməliyyatlarına dair məlumatları təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim etməyib.

Bu isə “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndinin tələblərinə ziddir.  “Banklar haqqında” qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank “Yelo Bank” və “AccessBank”a gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verib./Valyuta.az