“AccessBank” bir ailənin mənzilini əlindən almaq üçün məhkəməyə müraciət edib.
Tribunainfo.az yazır ki, bank Əyyubov İmran, Əyyubov Elçin, Əyyubova Ziyafətin yaşadığı evlə bağlı iddia qaldırıb.
İşin mahiyyəti mənzil mübahisəsi, mənzilə istifadə hüququna xitam verilməsi, mənzilə hüquqların itirilmiş hesab edilməsi və məzildən çıxarılmadır.
“AccessBank”ın iddiası təmin edilsə, Əyyubovlar ailəsinin evi əlindən alınacaq.