Vətəndaş Mahir Əliyev “Access Bank”-da başına gətirilən oyun barədə yazıb.
Tribunainfo.az yazır ki, o, “Access Bank” -dan çox narazı qaldım və çox əsəbləşdim:
“Deməli, 1 saata yaxın növbə gözləmişəm, amma çox müştəri yox idi. İçəri girəndə məlumat masasındakı işçi məndən depozitin məbləğini belə soruşdu. İş gününün bitməsinə 1 saat yarım qalmasına baxmayaraq məni növbənin çox olduğunu bəhanə edib geri göndərməyə çalışdılar (gələn həftə birinci gün gəlin deyə məsləhət gördü).
Başqa əsəb verən şey ondadır ki, bir neçə işçi fasiləsiz işləyirdi, digərləri isə telefonla oynayaraq ortada var-gəl edirdi. Yəni bir neçə dəfə işimin təcili olduğunu desəm belə fərq etmədi. Bu qədər bərbad müştəri xidmətləri görməmişdim”.
Qarşı tərəfin mövqeyini işılandırmağa hazırıq.
Nigar