“Access Bank” sahibkarın qəsdinə durub?backend

“Access Bank” sahibkarın qəsdinə durub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Culfa rayon Bənəniyar kənd sakini sahibkar Vüsal Hacıyev deyir ki, 4 aydır müflis olduğunu elan etsə də kredit götürdüyü AccessBank faizləri dayandırmaq istəmir. O həmçinin bildirir ki, bank, borcu bağlamaq üçün girov qoydulan evinin satılması ilə də razılaşmır. Sahibkarın fikricə bu yolla bank onun borcunu o həddə çatdırmaq istəyir ki, evi tamamilə müsadirə edə bilsin.
Vüsal Hacıyev deyir ki, banka olan 22.500 manatdan indiyə kimi cəmi 9 minini ödəyə bilib:
“Mən qəssabam. İşimi genişləndirmək üçün 2023-cü ilin maya ayında AcessBankdan 10 min manat kredit götürdüm. Bir neçə ay sonra bank məni şirnikdirdi ki, evimi girov qoyub, daha 12.500 manat götürüm və işimi genişləndirim. Elə də etdim. Elə alındı ki, bir müddət sonra müflis oldum. Bu səbəbdən 4 aydır ki, kreditimi qaytara bimirəm. Banka bildirb, xahiş etsəm də, faizləri dayandırmır. Girov qoyarkən evim 25 min manat qiymətləndirilib. Deyirəm ki, ya evi özünüz satın borcunuzu götürün, ya da icazə verin, özüm satım. Heç biri ilə razılaşmırlar. Çünki, bu bank faizin davam etməsini istəyir ki, borcum qalxıb evin dəyərində olsun, tam əlimdən alsınlar evi. İndi satsalar, ən azı 10 min manat mənə geri qaytarmalıdılar. Məhkəməyə də vermirlər. Çünki, belə olsa, faizlər avtomatik dayandırılacaq”.
Sahibkar bildirir ki, kömək üçün müxtəlif qurumlara müraciət etsə də nəticəsi olmayıb:
“Fuad Nəcəfli də daxil olmaqla bir sıra səlayiyyətli şəxslərə, ombudsmana müraciətlər etmişəm. Deyirlər ki, heç bir kömək edə bilmərik. Əslində hakimiyyət orqanları özləri bilərəkdən banklara sərbəstlik veriblər. Belə olmaz axı. İki uşağım var, hazırda cəmi 370 manat gəlirim var. Bu pulla uşaqlarımımı dolandırım, banka olan aylıq 1200 manat kreditimi ödəyim”

Gündəlik Naxçıvan