“Access Bank” məhkəmə çəkişmələrinə görə ilk üçlükdədir – Hüquqşünas rəyibackend

“Access Bank” məhkəmə çəkişmələrinə görə ilk üçlükdədir – Hüquqşünas rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ay ərzində məhkəmələrdə vətəndaşlarla ən çox çəkişməsi olan üçüncü bank “Accessbank”dır. Qarşıdakı 30 gün ərzində məhkəmələrdə bu bankla bağlı 377 işə baxılacaq. 377 işdən bəziləri ötən aylar və hətta ötən illərdən qalan proseslərdir.

Tribunainfo.az xəbər verir ki, “Accessbank”la vətəndaşlar arasında yaşanan məhkəmə çəkişmələrindən 245-i mülki iş, 117-si kommersiya mübahisəsidir. 10 iş isə məhkəmə qətnamələrinin icrası ilə bağlıdır. Bankla bağlı baxılacaq işlər arasında həmçinin inzibati mübahisə, müvəqqəti təminat tədbiri, inzibati xəta haqqında işlər də var. Əksər işlərin mahiyyəti kredit müqaviləsi üzrə mübahisədir ki, bir çoxunda da iddianı bank özü qaldırıb. Kommersiya işlərinin əksəriyyəti isə bankla bağlanmış müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı qaldırılan iddialardır. Baxılacaq işlər arasında 3 mənzildən çıxarılma işi də var.

Mütəxəssislərin, bank ekspertlərinin fikrincə, əksər işlərdə mübahisənin kredit müqaviləsi səbəbindən olması onu göstərir ki, bankın kifayət qədər problemli kreditləri var.


Mövzü ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, banklarda problemli kreditlərin yarnmasının bir yox, bir neçə səbəbi var. Onun fikrincə, buna ilk növbədə bankın xüsusilə kredit komitəsinin qeyri-peşəkarlığı səbəb olur:

“Bankların kredit komitəsi kredit risklərini düzgün qiymətləndirmirlər. Kredit götürənin krediti ödəmə imkanını düzgün qiymətləndirə bilmirlər. Nəzərə almırlar ki, bu kreditə ehtiyacı olan şəxs bunu ödəməyə qadirdirmi?

Həmçinin korrupsiya da banklarda problemli kreditlərin yaranmasına səbəb ola bilər. Yəni bankların kredit komitələri bilərəkdən düzgün qiymətləndirmə aparmır, rüşvət alaraq kredit ayırırlar. Bu da təbii ki, bankın problemli kreditlərinin sayını artırır. Bu babk sektoru üçün qəbuledilməz xəta, qeyri-peşəkar addımdır.

Bank özü problemli kreditlərin sayının az olmasında maraqlı olmalıdır. Mümkün qədər bütün riskləri hesablamalı, nəzərə almalı, ona əsasən kredit ayırmalıdır. Təəssüf ki, bizdə belə deyil. Bu da bankların, kredit komitələrinin qeyri-peşəkarlığından irəli gəlir”.

Qeyd edək ki, “Accessbank”ın idarə heyətinin Sədr müavini və Baş Maliyyə İnzibatçısı Orxan İsmayılovdur. Baş risk inzibatçısı isə David Alimbaraşvilidir.Mikro və Aqro müştərilərlə iş üzrə İcraçı Direktor vəzifəsini isə bank Renat Hümbətov icra edir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim