“Access Bank” işçinin əmək müqaviləsinə qanunsuz xitam verdi – PROTOKOL

“Access Bank” işçinin əmək müqaviləsinə qanunsuz xitam verdi – PROTOKOL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Access Bank” QSC-nin barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-ci (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Murad Məmmədovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.