Təxminən bir ildir vətəndaş müharibəsinin davam etdiyi Sudanda insanlar yemək tapmaqda böyük çətinlik çəkirlər. Aclıqla üzləşən ailələrin sağ qalmaq üçün çəyirtkə yeməli olduqları bildirilib.
Tribunainfo.az xəbər verir ki, bir ilə yaxındır vətəndaş müharibəsinin davam etdiyi Sudanda aclıq səbəbindən insanların çəyirtkə yeməyə məcbur olduğu bildirilib.
Küveytdə yerləşən “Al Najat Charity” sosial media hesabında vətəndaş müharibəsi səbəbilə qaçqın vəziyyətinə düşmüş sudanlıların vəziyyəti ilə bağlı görüntülər yayımlayıb.
Vətəndaş müharibəsi bölgələrindən qaçaraq səhralarda müvəqqəti çadırlara sığınan bəzi sudanlı ailələrin yemək tapmaqda böyük çətinlik çəkdiyi, aclıqla üzləşən ailələrin həyatda qalmaq üçün çəyirtkə yemək məcburiyyətində qaldıqları bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) fevralın 20-də xəbərdarlıq edib ki, dünyanın ən böyük köçkünlük böhranının yaşandığı Sudanda ən azı 25 milyon insan davam edən vətəndaş müharibəsi səbəbindən artan aclıq və qida çatışmazlığı ilə mübarizə aparır.