Abxaziya “parlament”ində atışma baş verib.
Tribunainfo.az “İnterfaks”a istinadən xəbər verir ki, insident nəticəsində “deputat” Vaxtanq Qolandziya həlak olub, digəri Kan Kvarçiya isə yaralanıb.
İlkin məlumata görə, sözügedən şəxsləri Adqur Xaraziya adlı “deputat” güllələyib. Onun hadisə yerindən qaçdığı bildirilir.
Xəstəxanaya yerləşdirilən Kvarçiyanın həyatı üçün təhlükə olmadığı qeyd olunub.
Bununla belə, insidentin səbəbi açıqlanmayıb.