Abxaziya prezidenti Aslan Bjaniya bəyan edib ki, ölkəsi Rusiya və Belarusla İttifaq dövləti formatında inteqrasiyanın tərəfdarıdır. O, qeyd edib ki, Abxaziyanın müstəqilliyini qoruyub saxlaması vacibdir. İnteqrasiya, onun hesablamalarına görə, beş-on il çəkə bilər.
Tribunainfo.az Kommersant-a istinadən xəbər verir ki, “Biz Rusiya, Belarusla bir yerdə olmaq, müstəqilliyimizi qoruyub saxlamaqla bu inteqrasiya prosesinin fəal iştirakçıları olmaq istəyirik. Birlik dövləti isə müstəqil dövlətlərin millətlərüstü strukturların yaradılması üzrə qarşılıqlı faydalı şərtlərlə razılaşdığı formatdır”, – Aslan Bjaniya müsahibəsində bildirib.
Abxaziya prezidenti qeyd edib ki, inteqrasiya zamanı o, 2014-cü ilin noyabrında imzalanmış müttəfiqlik və strateji tərəfdaşlıq haqqında dövlətlərarası sazişi rəhbər tutur.