Bakının məşhur otellərindən olan “Absheron Hotel Group”la bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, sözügedən otel İnzibati Xətalar Məcəlləsinin informasiyadan istifadə edilməsi, onun yayılması qaydaları əleyhinə olan 389-cu maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə ç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Absheron Hotel”lə bağlı işə 16 iyul tarixində Nəsimi Rayon Məhkəməsində baxılacaq hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Nigar