ABŞERONUN İCRA BAŞÇISI “UNİBANK”LA VƏTƏNDAŞI ÜZ-GÖZ EDİB

ABŞERONUN İCRA BAŞÇISI “UNİBANK”LA VƏTƏNDAŞI ÜZ-GÖZ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin yol verdiyi qanunsuz tikinti səbəbindən “Unibank”la vətəndaş məhkəməlik olub.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Aqşin Həsənov Abşeron rayon ərazisində aldığı torpaq sahəsində tikinti aparıb. Tikintiyə icra hakimiyyəti icazə versə də, sonradan məlum olub ki, sözügedəbn yerdə tikintinin aparılmasına icazə yoxdur.

Qanunsuz tikili ilə əlaqədar “Unibank” vətəndaş A.Həsənova qarşı məhkəmədə iddia qaldırıb. Sabah keçiriləcək prosesdə Həsənovun işinə baxılacaq.
İşin əsas mahiyyəti qanunsuz tikilinin sökülməsi, torpaq mübahisəsi, torpaq münasibətləri üzrə yaranmış mübahisələrdir.
İşə Abşeron Rayon Məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə baxılacaq.