Abşeronun 158 yaşlı mayakı – VİDEO

Abşeronun 158 yaşlı mayakı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda mayakların tikintisinə hələ XIX əsrdə başlanılıb. Onların içərisində 158 yaşı olan Abşeron mayakı xüsusilə diqqəti cəlb edir. Bu mayak saçdığı işıqla uzun illərdir Xəzər dənizində üzən gəmilərin təhlükəsiz şəkildə sahilə yan almasına kömək edir.

Bu özündə iki əsrə yaxın tarixi əks etdirən möhtəşəm və əzəmətli Abşeron mayakıdır. 158 yaşı olan mayakı 1 il ərzində ərsəyə gətirilib.

Abşeron sahillərində mayakların yaradılması ideyası hələ 1852-ci ildə Qafqaz canişinliyi tərəfindən irəli sürülsə də, vəsait çatışmazlığı səbəbindən bu təklif həyata keçmir.

Bu məqsədlə Abşeronun şimal sahillərində üç mayak – Abşeron, Nardaran və Şüvəlan mayakları inşa edilir. İlk tikilən mayak da məhz Abşeron mayakı olur.

Bu da gəmilərin Abşeron yarımadası və Pirallahı adası arasındakı boğaza təhlükəsiz girişini təmin edir

XXI əsrdə naviqasiya sisteminin sürətli inkişafı ilə mayaklara ehtiyac azalıb.