Abşeron rayonunda bədbəxt hadisə baş verib.
Tribunainfo.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Şəfəq qəsəbəsində qeydə alınıb.
Belə ki, 21 yaşlı Kəmalə Əbilova binadan yıxılaraq dünyasını dəyişib.
Mərhumun Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi olduğu bildirilir.
Sosial şəbəkələrdə faciəli şəkildə həlak olan Kəmalə Əbilovanın görüntüləri yayılıb. Həmin fotonu təqdim edirik:











