“Abşeron Regional Elektrik Şəbəkəsi” MMC qanunsuz tikiliyə görə Abşeron Rayon İcra Hakimiyyətini və Abşeron Rayon Masazır Bələdiyyəsini məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, iddiaçı mülk mübahisəsi səbəbindən məhkəməyə müraciət edib. İşin mahiyyəti qanunsuz tikilinin sökülməsi, torpaq mübahisəsi və torpaq sahəsinin boşaldılması ilə bağlıdır.
İşə 28 fevral tarixində Abşeron rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman